Samir Abasov: "Qəbələ"yə məğlub olmamaq da pis nəticə deyil"
Paylaş:
TPL 9-cu turun "Sumqayıt" - "Qəbələ" (2:2) oyunundan sonra eydan sahiblərinin baş məşqçisi Samir Abasov matç barədə fikirlərini bildirib.
O, bunları deyib:
“Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik. Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil”.
| Paylaş: