')

Bu gün:


FutbolPress.Az | Mikayıl Nərimanoğlu: "Belə məlumatları həqiqətə uyğun hesab etmirəm"

Mikayıl Nərimanoğlu: "Belə məlumatları həqiqətə uyğun hesab etmirəm"


oxunma sayı: 188 Paylaş:

FutbolPress"Kəpəz" rəhbərliyi və baş məşqçisi Şahin Diniyevin azarkaşlərlə növbəti görüşü keçirilib.

Bu görüşlərin təşkilində məqsəd, onların nəticələri, klub-azarkeş münasibətləri ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədiylə Gəncə klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq.

O, belə görüşlərin çox vacib olduğunu, klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynadığını bildirdi: "Belə görüşləri klubla azarkeşlərin daha yaxşı münasibətdə olması üçün təşkil edirik. Mütəmadi olaraq görüşlərimiz olur. Bunun da çox ciddi nəticələrini görürük. Əsas nəticə də bundan ibarətdi ki, çempionatda ən çox azarkeş "Kəpəz"in oyunlarına gəlir".

Həmsöhbətimiz gələcəkdə də belə görüşlər təşkil edəcəklərini söylədi: "Buna qədərki görüşlərin yaxşı nəticələri olub. Bu da əsas verir ki, gələcəkdə də azarkeşlərlə görüş təşkil edək".

Mikayıl Nərimanoğlu bir çox azarkeşin oyunlar üçün biletsiz sistemin olmasını istəməsi ilə razılaşmadı: "Belə məlumatları həqiqətə uyğun hesab etmirəm. Qayda belədi ki, oyunlar üçün bilet sistemi tətbiq edilməlidi. Mən də azarkeşlərdən eşitməmişəm ki, onlar bilet olmasından narazıdılar. Həm də bizdə fan-klublar, qadın və uşaqlar oyunlara pulsuz gəlib baxırlar".


oxunma sayı: 188 | Paylaş:




?>