14 aydan sonra
Paylaş:
"Qəbələ”nin həbsdən yeni azad olmuş futbolçusu Cavid Hüseynov 14 aydan sonra yenidən meydana çıxa bilər. Onun adı TPL-in IX turunun bu gün keçirilən “Sumqayıt”la səfər oyununun “18-liy”inə daxil edilib.
Cavid sonuncu dəfə 2015-ci il avqustun 6-da Avropa Liqası III təsnifat mərhələsinin "Apollon"la oyununda "Qəbələ"nin heyətində meydana çıxmışdı.
Futbolçu həmin matçda qol vurmağı bacarmışdı.
| Paylaş: