')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov: "Siz jurnalistlər bizdən daha çox..."

Tərlan Əhmədov: "Siz jurnalistlər bizdən daha çox..."


oxunma sayı: 330 Paylaş:

FutbolPressTPL 9-cu turun AZAL - "Zirə" (1:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədv oyunla bağlı fikirlərini bildirib. 

O, bunları deyib:

"İki fərqli hissə izlədik. Hər halda siz də görmüsüz. Siz jurnalistlər bizdən daha çox futbolu təhlil edirsiz. İlk hissədə, bəlkə də, həyəcan imkan vermədi ki, yaxşı oyun göstərək. Amma ikinci hissədə daha yaxşı oynadıq. İkinci hücumçunu da buraxdıq ki, daha çox hücum edək. Nəticə ədalətli idi. Görüləcək işlərimiz çoxdu. "Kəpəz"lə oyundan da ikinci hissədə daha yaxşı oynamışdıq. Hücum xəttindəki problemləri aradan qaldırmağa çalışacağıq. Nə çoxlu qol vəziyyəti yarada bilirik, nə də qol vurmağı bacarırıq".

- Rəşad Abdullayev cəmi bir həftədi ki, komandaya qoşulub. Onun meydana çıxması bir az gözlənilməz oldu...
- Rəşadın futbol təcrübəsi çoxdu. Fiziki durumu, oyun praktikası yetərincə dyeil. Amma meydançada görəcəyi iş kömək edə bilər. Bizə meydançada lider lazımdı. Ona görə də onu meydana buraxdım ki, xeyri dəysin. Durumu, hələ ki, əsas heyətdə oynayacaq səviyyədə deyil. 

- Rəşadın gəlişi kapitan dəyişikliyinə səbəb ola bilərmi?
- Yox, hələ ki, bununla bağlı bir şey yoxdu. Buna ehtiyac görmürük.


oxunma sayı: 330 | Paylaş:




?>