Qurban Qurbanov: "Ən əsası topu itirəndən sonra..."
Paylaş:
UEFA Avropa Liqası qrup mərhələsinin III turunun “Qarabağ” – PAOK (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib.
“FutbolPress” xəbər verir ki, o, qələbəni belə şərh edib:
“Hamını təbrik edirəm. Çox vacib qələbə qazandıq. İstər-istəməz oyundan əvvəl stress çox idi. Ancaq hamı bu oyunun əhəmiyyətini başa düşürdü. Uşqaların hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Oyun düşündüyümüz kimi alındı. Yaxşı komandaya qarşı oynayırdıq. Şükürlər olsun, qələbə qazandıq. Salonikidəki səfər oyununa hazırlaşacağıq. O, oyundan çox şey asılı olacaq”
- İkinci hissədə daha yaxşı oynadız. Fasilədə oyunçulara hansı tapşırıqları vermişdiz?
- Tapşırıqların nə olduğunu deyə bilmərəm. İlk hissədə bizə qarşı çox yaxın oynadılar. Bununla belə, üç qol imkanımız oldu. İkinci hissədə rəqib də hücum etməyə çalışdı. Bu da boşluqların yaranmasına səbəb olurdu. Bizim də səhvlərimiz oldu. Amma ən əsası topu itirəndən sonra onu qazanmağı bacarırdıq. Konkret hansı tapşırıqları verdiyimi deyə bilmərəm.
- Meydanda gördüyünüz PAOK Salonikidə təhlil elədiyiniz komanda idimi? Bir də komandanın ehtiyat oyunçular skamyasında nominal mərkəz müdafiəçisi yoxdu. Bu riskli deyilmi?
- PAOK düşündüyümüz kimi oynadı. Riskə gəlincə, risk həmişə var. Əvvəl də demişəm ki, əlimdə nə qədər çox oyunçu olsa, o qədər seçim imkanım çoxdu. Amma bizdə Maksim Medvedev də, Qara Qarayev də mərkəz müdafiəçisi kimi oynaya bilir. Pozitiv düşünmək lazımdı. Nə qədər neqativ düşünsək, o qədər də başımıza mənfi şeylər gələcək.
- Xal durumu ilə bağlı nə düşünürsüz? Hansı dəyişikliklər ola bilər? Bir də Salonikiyə gəldiyinizdən xəbərimiz yox idi. Klub rəhbərliyi bunu bilirdimi?
- Xal durumu göz önündədi. Qarşıdakı oyunlarda, təbii ki, dəyişiklik olacaq. Amma ümumi üstünlük PAOK tərəfdədi. Çünki həm bizə, həm də “Slovan”a qarşı evdə oynayacaqlar. Gəlməyimlə bağlı xəbərləri var idi.
- Mahir Mədətovun ounundan razı qaldızmı?
- Kənardan necə görünür bilmirəm, amma mən ondan razı qaldım. Təbii ki, hələ təcrübə qazanmalıdı. Demirəm ki, onun oyununda hər şey idealdı. Amma düşünürəm ki, verilən tapşırığı yerinə yetirə bildi.
| Paylaş: