')

Bu gün:


FutbolPress.Az | Konte və Pepin gözü Bonuççidə

Konte və Pepin gözü Bonuççidə


oxunma sayı: 316 Paylaş:

FutbolPress"Yuventus"un və İtaliya milli komandasının müdafiəçisi Leonardo Bonuççi İngiltərə klublarının maraq dairəsindədir. Onunla "Çelsi" və "Mançester Siti" maraqlanır.

"Çelsi"nin hələ ötən yay Bonuççini transfer etmək üçün etdiyi ciddi cəhdlər qışda da davam edəcək. Müdafiə xəttindəki problemlər və Kontenin Keyllə İvanoviçdən narazı olması bu transferi yenidən aktuallaşdırıb.

"Zadəganlar" Bonuççi uğrunda digər ingilis nəhəngi "Mançester Siti" ilə mübarizə aparmalıdır. 29 yaşlı müdafiəçi Pep Qvardiolanın da planlarına daxildir.

"Yuventus" isə əsas heyət oyunçusunu əldən buraxmaq istəmir. Bonuççi özü də yay transfer pəncərəsi dövründə ona edilən təkliflərdən imtina edib "Qoca Sinyora"nın heyətində qalacağını demişdi.


oxunma sayı: 316 | Paylaş:




?>