"İnter"də 3 yubiley
Paylaş:
Topaz Premyer Liqasının VI turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub.
Səfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb. “İnter” buna 233-cü səfər matçında nail olub.
Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada özünün 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta xətt oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb. Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib.
| Paylaş: