"Qəbələ" - "Maynts": biletlər satışa çıxarıldı
Paylaş:
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.
Biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.
| Paylaş: