"Qarabağ" üçün avstriyalı hakimlər
Paylaş:
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Fiorentina” ilə keçirəcəyi səfər matçının hakimləri müəyyənləşib. Oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Stefan Kühr kömək edəcəklər. Matçın 4-cü hakimi funksiyasını Roland Ridel yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Manuel Şüttenqruber və Diter Makenhammer olacaq.
UEFA nümayəndəsi qismində isə ispaniyalı Eduard Dervişay iş başında olacaq.
“Fiorentina” – “Qarabağ” matçı sentyabrın 29-da keçiriləcək.
| Paylaş: