Əliyar Ağayev "Roma"nın oyununda!
Paylaş:
Azərbaycan hakimi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Avroliqanın E qrupunda sentyabrın 29-da "Stadio Olimpiko"da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
| Paylaş: