Pavel Paşayev oynadı, komandası xal qazandı
Paylaş:
Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb.
Səfərdə "Zirka" ilə qarşılaşan komanda bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub.
"Stal" 9 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.
| Paylaş: