')

Bu gün:


FutbolPress.Az | Tural Axundov: "Onu məşqçilər heyəti daha yaxşı görür" (MÜSAHİBƏ)

Tural Axundov: "Onu məşqçilər heyəti daha yaxşı görür" (MÜSAHİBƏ)


oxunma sayı: 624 Paylaş:

FutbolPressTPL-in 6-cı turu çərçivəsində "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edib. 1:1 hesabı ilə bitən matçdan sonra meydan sahiblərinin futbolçusu Tural Axundov oyunla bağlı Futbolpress.az-a müsahibə verib.

- Bir xal sizi razı saldımı?
- Qalib gəlsək, daha yaxşı olardı. Ancaq bir xal pis nəticə sayılmamalıdı. Uşaqlar da sağ olsun, əllərindən gələni etdilər.

- Komanda son 15 dəqiqədə fiziki cəhətdən problem yaşadı. Sanki geri çəkilməyə də güc qalmamışdı...
- Yox, sadəcə stadion ağır idi və bir gün əvvəl yağış yağmışdı. Bu cür meydançada oynamaq olduqca çətin idi. Ola bilsin ki, elə onun yorğunluğu olub. Məncə, yenə də yaxşı nəticədir.

- Dirəkləri də saysaq, hesab 4:1 rəqibin xeyrinədi. Bəxtinizin gətirdiyini demək olar hər halda?
- Futboldu da, hər şey ola bilər. Sadəcə bayaq da dediyim kimi meydançanın ağır olmasından irəli gəlirdi.

- Razısan ki, komandanın hücum xəttində problemlər var? Kəsərli deyil, Ebah de keçən ilki Ebah deyil..
- Onu məşqçilər heyəti daha yaxşı görür. Ebah yaxşı oyunçudu. O, özü də deyir ki, nə qədər çalışıram hər oyun qol vurum, hərdən alınmır. Ebaha da uğurlar arzulayıram. İnşallah gələcəkdə qolları ilə bizi, azarkeşlərimizi sevindirər.


oxunma sayı: 624 | Paylaş:




?>