')

Bu gün:


FutbolPress.Az | Zaur Svanadze: "Suala cavab verməkdə çətinlik çəkirəm"

Zaur Svanadze: "Suala cavab verməkdə çətinlik çəkirəm"


oxunma sayı: 233 Paylaş:

FutbolPressTPL-in 6-cı turunda "İnter" AZAL-ı məğlub edib - 3:1. Oyundan sonra təşkil olunan mətbuat konfransında "bankirlər”in baş məşqçisi Zaur Svanazde qələbəni belə şərh edib:

"Çətin oyun oldu. Amma oyuna diqtə edə bildik. İlk yarıda rəqibə qol imkanı vermədik. Bəxtsiz şəkildə qol buraxsaq da, sonradan vəziyyəti düzəldə bildik".

- "İnter” tərəfi mövsümün əvvəlindən çempionluq uğrunda yox, avrokuboklar üçün savaşdığını deyir. Çempion olmaq üçün sizdə nə çatmır?
- İndi hələ başlanğıcdı. Yaxşı start götürmüşük. Uzun yol var. Heyətimizdə ciddi zədəlilər olmasa, olduğu kimi qalsa, mübarizə apara bilərik. Buna baxmayaraq, suala konkret cavab verməyə çətinlik çəkirəm.

- Sizcə, Rauf Əliyev tam formaya düşübmü? Milliyə layiqdimi?
- Rauf belə davam etsə, milliyə dəvət olunacaq. İrəliləyiş var, normal formadadı. (futbolinfo)


oxunma sayı: 233 | Paylaş:




?>