')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov: "Qol ofsaytdan vurulub" + VİDEO

Xaqani Məmmədov: "Qol ofsaytdan vurulub" + VİDEO


oxunma sayı: 689 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının III turundan təxirə salınmış və sentyabrın 22-də keçirilən "Qəbələ" - "Sumqayıt" matçında (2:0) Baqali Dabonun vurduğu ilk qol mübahisələrə səbəb olub. Çoxları həmin qolun oyundan kənar vəziyyətdən vurulduğunu iddia edir. Hətta "Sumqayıt" klubu epizodla bağlı oyunun baş hakimi Rauf Cabbarovun cəzalandırılmasını istəyib.

Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq.

Onun sözlərinə görə həmin qol oyundankənar vəziyyətdən vurulub: "Çox qəliz epizoddu. Fikir versək, əgər top kamerada yaxın görünən müdafiəçinin ayağından gedirsə, ofsayt deyil, yox əgər nisbətən uzaqda görünən müdafiəçinin ayağına dəyib gedirsə, ofsaytdı. Kameralar bunu dəqiq deməyə imkan vermir. Ancaq, mənim fikrimcə, həmin qol oyundankənar vəziyyətdə vurulub".

Xaqani Məmmədov epizodda əsas səhvi baş hakim Rauf Cabbarovda yox, yan xətt hakimi Mübariz Haşımovda görür: "Sözsüz ki, əsas səhv yan xətt hakimindədi. Çünki ofsaytları birbaşa yan xətt hakimləri qeydə almalıdı. Ancaq, baş hakim məsuliyyəti öz üzərinə götürüb, qolu hesaba almaya bilərdi. Yenə də deyirəm, çox çətin epizod idi".

O, "Sumqayıt" klubunun hakimin cəzalandırılmasını istəməsi məsələsinə də toxunub: "Heç bir klubun bizdən cəza tələb etmək haqqı yoxdu. Biz onlardan futbolçularını cəzalandırmalarını istəmirik. Əlbəttə, baxacağıq, həqiqətən günahkar varsa, cəzasını alacaq".



Mübahisələrə səbəb olan qolun videogörüntüsünü təqdim edirik.


oxunma sayı: 689 | Paylaş:




?>