')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi dünya çempionatının 1/4 finalında

Azərbaycan millisi dünya çempionatının 1/4 finalında


oxunma sayı: 212 Paylaş:

FutbolPressBu gün futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçirilib.

Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşıb. 

Azarkeşlərin düz 21 qola şahidlik etdikləri oyunda yığmamız 8:13 hesablı darmadağına sevinib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 7:7. Əlavə olunmuş vaxtda isə komandamız möhtəşəm əzmkarlıq göstərərək mərhələni keçə bilib.

Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdıraraq, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.

 


oxunma sayı: 212 | Paylaş:




?>