')

Bu gün:


FutbolPress.Az | Miltinyo: "Rəqibin heyətində fərqləndirə biləcəyim iki futzalçı var"

Miltinyo: "Rəqibin heyətində fərqləndirə biləcəyim iki futzalçı var"


oxunma sayı: 88 Paylaş:

FutbolPressKolumbiyada keçirilən dünya çempionatında qrupu ikinci pillədə başa vuran yığmamız 1/8 finalda Tailandla üz-üzə gələcək.
 
Qarşılaşma öncəsi təşkil edilən mətbuata konfransında Miltinyo rəqibin ünvanına xoş sözlər söyləyib: “Tailand qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdi. Tailand yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədi. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudu. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdi. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı təhlil edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.
 
Azərbaycan – Tailand görüşü sentyabrın 22-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.


oxunma sayı: 88 | Paylaş:




?>