')

Bu gün:


FutbolPress.Az | Ən yaxşı oyuncu: dubl-1 (KİÇİK QEYD)

Ən yaxşı oyuncu: dubl-1 (KİÇİK QEYD)


oxunma sayı: 952 Paylaş:

FutbolPressOgünlərdə bir maraqlı xəbər insanların müzakirəsinə düşdü. Azərbaycan futbolunun 100 mininci futbolçusu idi söhbət. Lağlağı qoşan kim, işi ciddiyə alan kim...

Yeni sistemlə kataloqlaşdırmanın müsbət cəhəti budu ki, ölkənin hansı istiqamətində kim harda, necə futbolla məşğuldursa, haqqında baza-informasiya mövcuddu.

Mövzumuz bu deyil, odu ki, bu qədər futbolçunun içindən cəmi 8 klublu Premyer Liqamızda yetəri qədər yerli keyfiyyətli futbolçu ilə təmin  edə bilməməyin vayına oturaq. 

Bu qədər məşqçinin olduğu. mütəxəssisin dolaşdığı ortalıqda keyfiyyətli futbolçu yetişmir ki yetişmir. Ancaq məşqçilərin hamısı özünü mütəxəssis hesab edir.

Yığma üçün niyə orda-burda yetişmiş məhsulları baha qiymətə gətiririk?

Belə-belə sualların həndəvərində var-gəl edərkən çox dərin düşüncələrə qərq olandan bir əqdəm sonra ayıldım ki, mövzunu başqa mərhələyə aşırmışam.

Fikrimcə, Azərbaycan futbolçunda oyunçular idarəçilərdi. Futbolu oynadırlar, futbolla oynayırlar...

Ən əbləh  məntiqlərə rastlanarsan bu camiədə.

Bəhram Bağırzadə kimi hörmət-izzət sahibi “Neftçi”ni guya ətraf tənqidlərdən müdafiə etməkçün hazırladığı  bəyənatda “quşlayacağı” qədər bazara çevrilib, hörmətdən düşüb Azərbaycan futbolu.

Çingiz Abdullayevin detektiv əsərləri 50-dən çox ölkədə satılır, oxunur və s. Ancaq “Neftçi”nin Müşahidə Şurasının sədri olandan adam elə urvatsız situasiyalarda detektivə düşdü ki, çaş-baş qalıb.

Məmləkətin hər liqası, hər klubu haqda isterika qoşmaqçün istənilən qədər səbəb var.

***                  ***                  ***

Bu qədər qarışıqlıq içində bir oyunçu var ki, siz ona diqqətlə fikir verin daha.

O, Elxan Məmmədovdur.

AFFA-nın baş katibi.

Assosiasiyanın prezidenti Rövnəq Abdullayevin  səlahiyyətlərini  icra etmək hüququ əldə etmiş şəxs.

Nəhayət, Azərbaycan futbolunu idarə edən şəxs!

O, qalibdir. Artıq bütün epopeyaya sahiblənib. O, qovğalardan, çaxnaşmalardan, çəkişmələrdən öz praqmatik taktikası, fərdi üslubuyla qalib çıxdı.

Hərçənd, qalibiyyətindən sonra ortalıq səhraya dönmək üzərə... Nəyi idarə edəcək? Durum çıxılmaz həddə...

Ancaq bu boyda qarışıqlıq mübarizənin mənzərəsi idisə, hər kəs qalib gəlməkçün savaşırdı demək. Və ordan bir qalib çıxdı. O, mütləq qalibdir. Nəzərlər Elxan Məmmədovdadı!

Bundan sonra bu insanı diqqətlə izləyin. Görək, təkbaşına nələri istiqamətləndirəcək, nələr edəcək. Əhəmiyyətli hər addımın arxasından onun qüvvəsinin olduğuna mübahisəsiz inanın.

O mütləqi-hakimdir.

Qaşısına çıxanları yıxdı...

İzləyirik, cənab Məmmədov! Nəzərlər sizdədir. Siz qalib kimi ən yaxşı tamaşasınız artıq bu kütləyçün. Hərəkətlərinizdən asıldır ölkə futbolunun tale-qisməti...


Gözlər sizdədi!

Elçin


oxunma sayı: 952 | Paylaş:




?>