')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov: "AZAL-ı yarıyolda qoymaq istəmirəm" (MÜSAHİBƏ)

Tərlan Əhmədov: "AZAL-ı yarıyolda qoymaq istəmirəm" (MÜSAHİBƏ)


oxunma sayı: 666 Paylaş:

FutbolPressTPL-in IV turunda "Qarabağ"a böyük hesabla yenilən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubdakı hazırkı vəziyyət, gələcəyi və haqqında dolaşan söz-söhbətlərlə bağlı suallarımızı cavablandırıb.

- Məşqçilik karyeranızda ən pis  nəticədir. Nə hisslər keçirirsiz?

- Əlbəttə, heç bir məşqçi istəməz belə nəticə ilə qarşılaşsın. Amma bu futboldu, futbolda hər cür nəticə olur. Elə dünən “Barselona”  çempionata təzə gələn “Alaves”ə uduzdu. Yenə də deyirəm, belə şeylər futbolda olur. Ancaq bütün fikrimizi buna yönəldə bilmərik. Gələcəyə baxmaq lazımdır. "Qarabağ”ın çox yaxşı heyəti var. Onların legionerləri Avropa da da matçların taleyini həll edirlər. Ehtiyyat oyunçuları da çox güclüdü. Azərbaycanın ən perspektivli oyunçuları orda cəmləşib.

- Bundan sonra sizi AZAL-da nə saxlayar?
- Bundan sonra məni AZAL-da nə saxlayar deyəndə ki, məni bura gətirən adamlar var  – klubun prezidentidi, vitse-prezidentidi. Zaur müəllimin, Fikrət müəllimin şəxsi istəyi ilə bura əlmişəm. Bizim yaxşı münasibətlərimiz var. Hazırkı vəziyyətdə komandanı yarıyolda qoyub getmək istəmirəm. Bu, mənə uğyun hərəkət deyil.

- Rəhbərliklə danışmalıydız. Bu barədə bir müddət əvvəl demişdiz. Danışıq olubmu?
- Xeyr, belə bir danışıq olmayıb. İşimizi görürük, bütün diqqəti gələcək oyunların hazırlığına vermişik. Əgər ehtiyyac olsa, hər hansı ümumi danışıqlar ola bilər. Hələlik heç nə danışmamışıq.

- Mövsümün əvvəlindəki gedişat komandanın taleyi haqqında nə düşüncələr yaradır sizdə?
- Əlbəttə, yaxşı başlamamışıq. Amma keçən il də yaxşı başlamamışdıq. Hamı bizi autsayder sayırdı, sonradan toparlana bildik. Bu mövsüm dörd oyuna bir xal toplamışıq. Keçən il beş oyundan sonra bir xalımız da yox idi. Oyunçularımız bacardıqlarını edirlər. Bəziləri I Diviziondan gəlib – Canelidzedi, Röyaldı. Onların özünəinamı formalaşmalıdı.

- “Neftçi”yə keçidiniz barədə xəbərlər dolaşır. Həqiqət payı nə qədərdi?
- Bu barədə mətbuatda görmüşəm. 15-20 gün əvvəl 1-2 sayt yazmışdı. "Neftçi"dən heç bir təklif almamışam. Belə bir söhbətimiz olmayıb.

- Təklif gəlsə gedərsiz ora?
- Bayaq da dedim, hazırkı vəziyyədə AZAL-ı yarıyolda qoymaq istəmirəm. Ən azı qışa qədər burda qalıb komandanı qaldırmaq istəyirəm. Belə vəziyyətdə, komandanı bu durumda qoyub, orda da yarımçıq bir komandanı götürmək istəmirəm.

- Başqa təkliflər var?
- Açığı, heç bir klubdan təklif gəlməyib. Özüm də bütün fikrimi AZAL-a yönəltmişəm. Əvvəlcə burda yaxşı nəticə əldə etmək lazımdı

- Böyükhesablı məğlubiyyət gözlənilməz olduğu üçün müxtəlif şübhələr ortaya çıxıb. Klubda sizi istəməyənlərin olduğu deilir. Bu şübhələrə aydınlıq gətirərdiz...
- (Gülür) Həyatın qanunu belədir. Hamını istəyən və istəməyənlər olur. AZAL-da hamı ilə münasibətim yaxşıdı. Dediyim kimi Zaur müəllimin, Fikrət müəllimin istəyi ilə burdayam. Onlarla qardaş kimiyik. Klubda rəhbərlikdən tutmuş xadimələrə qədər hamı ilə münasibətim yaxşıdı. Məğlubiyyəti məni klubda istəməyənlərin olması ilə bağlamaq olmaz. Bu, hər klubun, məşqçinin başına gələn şeydi.

Faiq Tahirov



oxunma sayı: 666 | Paylaş:




?>