Bakıda keçiriləcək Şahmat Olimpiadasında ən yüksək reytinqli komandaların siyahısı açıqlanıb.
Kişilərin yarışında qüvvəsini sınayacaq 180 komanda arasında ən yüksək göstərici Rusiya millisinə məxsusdu.
Şimallıların orta əmsalı 2760-a bərabərdi. ABŞ (2740) ikinci, Çin (2735) üçüncü pillədə qərarlaşıb. Azərbaycanın I komandası isə 2705 xalla 4-cüdü. İkinci komanda 2576, üçüncü isə 2350 xala malikdi.
141 komandanın çıxış edəcəyi qadınların turnirində isə reytinq-favorit Çin millisidi – 2528. İkinci pilləni Rusiya (2493) tutursa, ilk “üçlüyü” Ukrayna (2485) qapayır. 2320 xala malik Azərbaycanın I komandası liderlərdən çox geri qalır. İkinci komanda 2248, üçüncü isə 2016 xala malikdi.