"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə olan problemlərə görə, Olimpiya stadionunda və ya Dalğa Arenada keçirəcək.
Klubun rəsmi saytının məlumatına görə, son qərar yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, komanda ilk ev oyununu sentyabrın 15-i Çexiyanın "Slovan" klubuna qarşı keçirəcək.