“Azərbaycan xalqına minnətdaram. Məhz sizlərin sayəsində oğlum olimpiadada gümüş medal qazandı”.
Bu sözləri Azərbaycan kanoeçisi, Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı Valentin Demyanenkonun anası Vera Demyanenko deyib.
O, oğlunun uşaqlıqdan liderlik keyfiyyətlərinə sahib olduğunu bildirib: “Oğlum uşaqlıqdan lider olub. Əvvəlcə skripka ilə məşğul olub. Amma sona qədər hövsələsi çatmadı. Sonra müxtəlif idman növləri ilə məşğul oldu. 5 yaşından üzgüçülüyə başladı. Sonra kaneo ilə maraqlandı. Bu idman növünə təzə maraq göstərəndə müəlimi bildirdi ki, Valentin gələcək çempiondu. Elə də alındı. Oğlumla fəxr edirəm”.