')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin döyüşçüsündən ikinci qələbə

"Qəbələ"nin döyüşçüsündən ikinci qələbə


oxunma sayı: 169 Paylaş:

FutbolPress

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. 
 
30 yaşlı idmançı peşəkar rinqdə 2-ci sınağına çıxıb. 
 
O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma azərbaycanlı üçün uğurlu alınıb. Belə ki, 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə Atakişiyev qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.
 
Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.


oxunma sayı: 169 | Paylaş:




?>