')

Bu gün:


FutbolPress.Az | "Göteborq"un müdafiəçisi: "Belə ot örtüyündə oynamamışdıq" (MÜSAHİBƏ)

"Göteborq"un müdafiəçisi: "Belə ot örtüyündə oynamamışdıq" (MÜSAHİBƏ)


oxunma sayı: 726 Paylaş:

FutbolPress

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Göteborq” klubunun müdafiəçisi Tomas Ronyenin "FutbolPress"ə müsahibə verib.
 
- Oyunla bağlı fikirləriniz necədir?
- Oyun bizim üçün yaxşı keçmədi. Erkən qollar bizi sarsıtmışdı. Ötən həftə daha yaxşı oynamışdıq. Oyunumuz alınmadı. Çox təəssüf.
 
- Stadionun ot örtüyü mane oldu?
- Belə ot örtüyündə oynamamışdıq. Çox bərbad idi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.
 
- Bu hesabı gözləyirdin?
- Nə deyim. Sözün düzü, belə olacağını təsəvvür etmirdim. Amma ilk qoldan sonra rəqib hücumlarının kəsərini daha da artırdı. Bu məğlubiyyət bizə dərs olmalıdır. İldən-ilə təcrübəmizi artırırq.
 
- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?
- “Qarabağ”a uğurlar arzulayıram. Rəqibimizin matçlarına baxacam və onlara azarkeşlik edəcəm.


oxunma sayı: 726 | Paylaş:




?>