')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov: "120 dəqiqəyə də hazır idik" (MÜSAHİBƏ)

Rəşad Sadıqov: "120 dəqiqəyə də hazır idik" (MÜSAHİBƏ)


oxunma sayı: 557 Paylaş:

FutbolPress

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avroliqanın pley-off mərhələsində “Göteborq”u 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
 
 
- Matç haqda fikirləriniz?
- Hamını bu qələbə münasibəti ilə təbrik edirəm. Bu, tək bizim yox, hər kəsin qələbəsidir, jurnalistlərin də, azarkeşlərin də. Qalib gəldiyimiz üçün sevinirik.
 
- Oyundan əvvəl komandanın üzərində təzyiq var idi?
- Bəli, müəyyən qədər bunu hiss edirdik. Çox həyəcanlı idik. Son vaxtlar oyunumuz yaxşı alınsa da, nəticə qazana bilmirdir. Bu dəfə də eyni halın təkrarlanmasından qorxurduq. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi alındı.
 
- Hesabın belə olacağını gözləyirdin?
- Yox, sözün açığı, gözləmirdim. 120 dəqiqəyə də hazır idik. Hər şey ola bilərdi. Amma oyuna yaxşı başladıq və ardıcıl 2 qol vurmaqla böyü üstünlük qazandıq.
 
- Hesabı künc zərbəsindən sonra açdınız. Bu, xüsusi olaraq hazırlaşmışdınız?
- Qərarı səhər verdik. Məşqdə fikirləşdik ki, oyunu gedişində bu variantdan yararlanaq. Qurban müəllimin bizdən tələbləri var idi. Ona uyğun da hərəkət etdik.
 
- Meydançanın durumu yenə bərbad idi...
- Ot örtüyü yaxşı deyildi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.
 
- Qol vurduqdan sonra sanki sevinmədin?
- Bir anlıq inanmadım. Bilmədim qoldu, ya yox.Biraz  tərəddüd etdim. Sonra gördüm ki uşaqlar üstümə gəlir, sevinirlər. Anladım ki qol olub.


oxunma sayı: 557 | Paylaş:




?>