')

Bu gün:


FutbolPress.Az | PSV azərbaycanlı futbolçu ilə maraqlanır

PSV azərbaycanlı futbolçu ilə maraqlanır


oxunma sayı: 909 Paylaş:

FutbolPress

Həmyerlimiz, U-17 millisinin sabiq üzvü Ziya Əzizov hazırda Hollandiya 2-ci liqasında çıxış edən və bu ölkənin tanınan klublarından olan "Den Voş"un şərəfini qoruyur. İlk turda bir qol və iki məsuldar ötürmə ilə diqqət çəkib.
 
 İstedadlı futbolçumuz artıq Hollandiyanın tanınmış elita klublarının da maraq dairəsinə düşüb.
 
Konkret olaraq PSV klubu onu rənglərinə bağlamaq istəyir. Lakin "Den Voş" həmyerlimiz üçün 150 min avro pul istəyir. Gələn il Ziyanın 18 yaşı tamam olacaq və o zaman onun azad agent kimi  PSV-yə keçidində problem yaranmayacaq. PSV rəhbərliyi də məhz bu səbəbdən gələn yayı gözləyir. 
 
Bu arada qeyd edək ki, nə qədər qəribə olsa da hazırda Ziyanı Azərbaycan millisinə dəvət edən yoxdur.
Rekord.az


oxunma sayı: 909 | Paylaş:




?>