')

Bu gün:


FutbolPress.Az | Şükürovun şükrü

Şükürovun şükrü


oxunma sayı: 136 Paylaş:

FutbolPress“Zirə”nin Türkiyə toplanışı davam edir. Adil Şükürovun başçılıq elədiyi komanda  “Göztəpə”yə qarşı yoxlama oyununda heç-heçə edib: 1:1.

Şükürov  klubun rəsmi saytına açıqlamasında bərabərliyi belə şərh edib: “Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığlnın səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdu. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.



oxunma sayı: 136 | Paylaş:




?>