')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadov AFFA rəhbərliyindən şikayət edəcək

Ağasəlim Mircavadov AFFA rəhbərliyindən şikayət edəcək


oxunma sayı: 798 Paylaş:

FutbolPressAzərbaycanın ən təcrübəli məşqçisi sayılan Ağasəlim Mircavadovun işsizliyi artıq uzun müddətdi. Deyəsən, bu, Mircavadova pis təsir eləməkdədi.

Kiçik çevrədə etdiyi söhbətdən çatan məlumat belə düşünməyə əsas veri. Məlumatlı mənbə bildirir ki, o, işsiz qalmasına səbəb kimi AFFA rəhbərliyini görür. Konkretlik motiv daşımasa da, məsələni şişəcəyi gözlənir. 

Deyib ki, əgər iş təklifi almasa, ilk imkandaca qurumun rəhbərliyindən ölkə rəhbərliyinə şikayət edəcək.

Mircavadovun konkret hansı fərdlərdən və niyə narazı olduğu açıqlanmayıb, ancaq, "Mən bilirəm kimlər "burur işimi", bir az da belə eləsələr, prezidentə şikayət yazacam" deyib. 

Qarşı tərəfdən bunun olub-olmadığını dəqiqləşdirmək cəhdimiz alınmadı. Mənbənin etibarlılığına əsaslanırıq. Tərəflərin fikrini dərc eləməyə hazırıq. 


oxunma sayı: 798 | Paylaş:




?>