')

Bu gün:


FutbolPress.Az | Maksim Medvedev: "Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək"

Maksim Medvedev: "Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək"


oxunma sayı: 162 Paylaş:

FutbolPress

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olacaq.
 
 Komandanın müdafiəçisi Maksim Medvedev oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib:
 
"İki il öncə yoxlama matçında "Viktoriya Plzen"lə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmırıq. Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".


oxunma sayı: 162 | Paylaş:




?>