')

Bu gün:


FutbolPress.Az | Olimpiya millisi  avqustun 1-də Rio-ya yollanır

Olimpiya millisi avqustun 1-də Rio-ya yollanır


oxunma sayı: 171 Paylaş:

FutbolPress

Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

 
Nazir deyib ki, komanda 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq.

Bir gün sonra, avqustun 3-də Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq.

 
Azad Rəhimov qeyd edib ki, komanda böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq.
Nazir diqqətə çatdırıb ki, milli Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.


oxunma sayı: 171 | Paylaş:




?>