')

Bu gün:


FutbolPress.Az | "Zirə"də oyunöncəsi son məşq

"Zirə"də oyunöncəsi son məşq


oxunma sayı: 143 Paylaş:

FutbolPress

“Zirə” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. 
 
Ötən gün komandaya istirahət verən baş məşqçi Adil Şükürov ilk yoxlama oyunu öncəsi futbolçuları bir məşqə çıxardı. 
 
“Qartallar” əsasən taktiki planda çalışdılar. İsinmə hərəkətlərini də bu yöndə quran məşqçilər heyəti ardınca mövqelər üzrə tapşırıqlar verdilər. Əsas məqsəd komandaya müdafiə və hücumda necə oynamalı olmasını aşılamaq idi.
 
“Zirə” sabah Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komanda  Bakı vaxtı ilə saat 18-00-da başlayacaq oyunda “Qaziantəp BB” ilə üz-üzə gələcək. 


oxunma sayı: 143 | Paylaş:




?>