')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" üçün polşalı hakim

"Qəbələ" üçün polşalı hakim


oxunma sayı: 134 Paylaş:

FutbolPress

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. 
 
İyulun 28-də Fransanın “Lill” klubu ilə səfərdə keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək. 
 
Matçın baş hakimi Daniel Stefanski olacaq. 
 
“Lill” - “Qəbələ” oyunu Lillin “Metropol” arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda baş tutacaq.
 
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul
21:00. “Lill” (Fransa) - “Qəbələ”
Baş hakim: Daniel Stefanski (Polşa)
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis (hər ikisi Polşa)
Dördüncü hakim: Zbiqnev Dobrınin (Polşa)
Lill. “Metropol”


oxunma sayı: 134 | Paylaş:




?>