Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olacaq "Qarabağ" bu gün səfərə yola düşür.
Komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edib. Axşam saatlarında Ağdam təmilçisi oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya Plzen" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.