')

Bu gün:


FutbolPress.Az | “İndi demək istəyirəm ki, qarpızımız çox şirin oldu, buyur, ye!” (MÜSAHİBƏ)

“İndi demək istəyirəm ki, qarpızımız çox şirin oldu, buyur, ye!” (MÜSAHİBƏ)


oxunma sayı: 1611 Paylaş:

FutbolPressAzərbaycan futbolu adına son illərin ən gurultulu xəbəri Əliyar Ağayev haqda oldu. Gənc referi  19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək.  Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheym şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.

“Təbrikə görə çox sağ olun. Sevinirəm ki, zəhmətimizin bəhrəsini görürük və görəcəyik. Bu, həm də ağzıgöyçəklərə layiqli cavab oldu”

- Ağzıgöyçəklərə layiqli cavab fikrini bir az da açardınız...

- Bir neçə il əvvəli götürək. Siz də şahidi idiniz, nə qədər hərzə-hədyan şeylər deyirdilər haqqımızda. Guya Azərbaycan hakimliyində iş doğru getmir, idarəçilik bacarmırıq və s. iftiralar, əsassız, qərəzli fikirlər.

- Məsələn, ən yaddaqalan “iftira” hansı olmuşdu?

- “Bostanda qarpız yetişdirirlər, hakim yox”. İndi demək istəyirəm ki, qarpızımız çox şirindi oldu, buyur, ye!

- Kifayət qədər sərt atmacadı.

- Biz gecəni gündüzümüzə qatıb, həyəcanla, böyük məsuliyyətlə iş görəndə kənardan rahatlıqla ağzınagələni deyənlərçün hələ çox azdı bu. Artıq ortada məhsul var. Şükür edirəm ki, Əliyar Ağayev belə ciddi təyinat alıb. Yolu açılıb, gələcəyi parlaq olacaq. Söz verirəm, daha yaxşı nəticələrimiz uzaqda deyil.

- Çox emosionalsınız. Başadüşüləndi. Bir məqama aydınlıq gətirin. Deyirlər, Əliyardan əvvəl başqa hakimlər də var idi ki, irəli gedə bilərdilər, siz mane olmusuz. Əliyara da haçansa mane olacaqsız və guya siz müstəqillik dövründə özünüzdən nüfuzlu hakimin tarixə düşməsini  istəmirsiz...

- Bunu nə cür dilə gətirə bilirlər? Vicdan buna necə yol verə bilər? Axı mən nə cür və nədən mane olmalıyam? Məgər bu uğura sevinməmək, fəxr eləməmək olar?! Bu cür fikirləri deyənlər necə naqislik edə bilirlər?

- Paxıllıq eləmirsiniz, bunlar iftiradı və s. Bəs "iftiraçılar", görəsən, niyə başqa versiyalar düşünmürlər, məhz bu fikrin üstündə dururlar. Od olmayan yerdən tüstü çıxmaz məsəli olmasın...

- Buna iki səbəb var: paxıllıq və savadsızlıq. Paxıllıq ona görə deyirəm ki, işimizlə yaxından maraqlanmamış, nəyin necə edildiyini bilməmiş mütəxəssis fikri bildirirlər. Mütəxəssis bilmədiyi, görmədiyi, məlumatlı olmadığı nədənsə danışmaz. Savadsızlıq da ona görə deyirəm ki, fantaziyaları geniş deyil. Başqa ittiham versiyası düşünməyə ağıl yetmir. Mənim yerimə göz dikiblər. Mən komitənin sədri kimi indi Əliyarın uğuruna görə tərif eşidirəm. Bundan sonra bu təriflər bir ömür bəsimdir. Niyə mane olmalıyam kiminsə qabağa getməyinə? Hanı məntiq? Sarsaq olmaslısan belə cəfəngiyyat səsləndirməkçün. Özləri cılız niyyətlərinin qurbanı olublar, nəfsinə hakim ola bilməyiblər, ona görə də irəli getmək alınmayıb, günahı atırlar Xaqani Məmmədovun boynuna. 

- Sizi özünə rәqib görənlərdən başqa, sıravi vətəndaşlar da deyir bu cür fikirləri...

- Sözüm işin içini bilməyənlərə deyil. İnsanların fikri müxtəlif ola bilər. Hamı Xaqanini sevə bilməz. Zamanla o narazılar da görərlər işimizin nəticəsini, fikirləri dəyişər. Dəyişilər deyirəm, çünki o insanların bunu məqsədli, qərəzli şəkildə etmədiklərini bilirəm, ancaq bəziləri bunu bilərəkdən edir. Gözü götürmür. Mən utanıram belələrinin yerinə.

- Yaxşı, necə oldu Əliyarın  təyinatı? Ümumiyyətlə, onun buradək keçdiyi yola qısa nəzər yetirək bəlkə?

- Yadınıza gəlirsə, 4-5 il əvvəl deyirdim ki, Azərbaycan hakimliyi öz sözünü deyəcək. Bax, mən Əliyar Ağayevi nəzərdə tuturdum. İndi təyinat alıb deyə demirəm adını, siz də şahidsiniz ki, bu, belədir.

- Elədir. Başqa adlar varmı?

- Ən azı daha iki ad var, ancaq onlardan daha şanslısı Əliyar oldu. Təyinatın təşəbbüskarı şəxsən Pyerluici Kollina oldu (UEFA Hakimlər Komitəsinin sədri - müəl.). Əliyara təbrik mesajı da göndərmişdi. Bu, o deməkdir ki, biz Əliyarın Avropada diqqətdə olduğunu deyəndə haqlı idik. İnanıram ki, onun gələcəyi parlaqdı.

- Belə eşitmişik ki, Kiros Vassaras bu təyinata qarşı olub. Mane olmağa, fikir daşındırmağa  cəhd edib.

- Doğrudu. Kiros Vassaras yaxşı hakim olub, bir neçə dil bilən biri kimi məşhur idi. Ancaq görünür, bəzi məsələlərdə dil tapa bilmir. Mənə onun qısqanclığı və narahatlığı maraqlı deyil. Başqa istəməyənlər də var. Ad çəkib, əhvalmızı korlamaq istəmirəm. Fakt budu ki, Əliyar çox ciddi təyinat alıb və bundan sonra işi doğru təşkil eləməklə biz onun çox cəzbedici təyinatlarına nail ola bilərik.

- Hazırlıq necə keçir?

- Hər şey qaydasındadı və yüksək səviyyədədi. AFFA rəhbərliyinə təşəkkür edirəm ki, toplanışı bərpa elədi. Bolqarıstan hazırlıq üçün əla yerdi. Düşərgədə əhval-ruhiyə çox yüksəkdi. Əliyarın təyinatı xəbərini səhər iclasında giriş sözü kimi çatdırmışdım, bütün uşaqlar necə sevinirdi, təki görərdiniz. Bu, həm də gənc hakimlərçün böyük stimuldu. Onların yoldaşı irəli gedir. Bundan böyük stimul nə olar ki. Mən hələ də xəbəri ilk eşitdiyim an kimi sevincli və həyəcanlıyam.

Elçin Cəlilov


oxunma sayı: 1611 | Paylaş:




?>