')

Bu gün:


FutbolPress.Az | Tale Heydərov: "Məqsəd ötənilki nəticəni daha da yaxşılaşdırmaqdır" (MÜSAHİBƏ)

Tale Heydərov: "Məqsəd ötənilki nəticəni daha da yaxşılaşdırmaqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 616 Paylaş:

FutbolPress

Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qəbələ" "Samtredia"nı 5:1 hesabı ilə məğlub edib.
 
Oyundan sonra klubun fəxri prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyun haqqında nә deyә bilәrsiz?
- Belә hesab gözlәmirdim. Düzdür, arxayınlaşmaq olmaz. Belә davam etmәk lazımdır. Hәlә bu qәlәbә heç nә demәk deyil. 
 
- Komandanın oyunu sizi razı saldı?
- Hesaba baxarsaq, әlbәttә razı saldı. Amma komandanın necә oynadığını qarşıdakı rәqiblәrlә matç göstәrәcәk. Ümumilikdә, isә hәr şey yaxşı idi. 
 
- Yeni transferlәri bәyәndiz?
- Xoşuma gəldilər. Ümid edirәm ki, belә davam edәcәk. Amma onları daha çәtin sınaqda yoxlamaq lazımdır. 
 
- Komandaya yeni futbolçular qoşulacaq ?
- Bir hücumçu lazımdır. Onu da yaxın da edәcәyik.
 
- Bu komanda daha güclüdür, yoxsa ötәnilki komanda?
- Әn azından keçәn ilkindәn zәif deyil. 
 
- Hәdәfiniz nәdir?
- Hәdәf hәmişә yüksәk olub. Mәqsәd ötәnilki nәticәni daha da yaxşılaşdırmaqdır. 
 
- Qrup mәrhәlәsinә düşә bilәrsiz?
- Bәli. 
 
- Teo Luis Viksdәn 3 qol gözlәyirdiniz?
- Tәbii ki, yox. Komandamızın 3 qol vurması gözlәnilmәz idi, nәinki bir oyunçunun.
 
- Komanda ötәn mövsümün sonunda uğursuz çıxış etdi. Avropa Liqasında uğurla bunu unutdura bilәrsiz?
- Bizim hәdәflәrimiz hәr zaman yüksәkdir. Daha yaxşı nәticә gözlәyirdim komandadan. Bunu  doğrulda bilmәdik. Avroliqada bunu unutdura bilәrik. 
 
- Büdcәnin artırılması gözlәnilmir?
- Yox. Әksinә bilirsiniz ki, büdcә azaldılıb.
 
- Bu büdcә ilә nәticә gözlәnilir?
- Kiçik büdcә ilә dә uğur qazanmaq olar.
 
- Bu azalma maliyyә problemlәrindәn irәli gәlir?
- Әlbәttә. Maliyyә çәtinliklәri ilә bağlıdır.
 
- Maliyyәnin azalması komandanın nәticәsinә tәsir edә bilәr...
- Әlbәttә ki, tәsir edә bilәr. Ötәn il bәzi transferlәrdә yanlışlığa yol vermişdik. Bu il daha diqqәtli olmalıyıq.
 
- Bugün gәnc futbolçular da meydanda özünü yaxşı tәrәfdәn göstәrdi. Demәk olar ki, yavaş-yavaş öz akademiyanızın yetirmәlәrinә üstünlük verәcәksiz?
- Әlbәttә. Baş mәşqçinin qarşısına da belә bir şәrt qoyulub ki, akademiya yetirmәlәrinә güvәnsin.

FutbolPress


oxunma sayı: 616 | Paylaş:




?>