')

Bu gün:


FutbolPress.Az | "Onların minlərlə azarkeşi ən çətin anlarda komandaya kömək edirlər" - "Daçiya"nın kapitanı

"Onların minlərlə azarkeşi ən çətin anlarda komandaya kömək edirlər" - "Daçiya"nın kapitanı


oxunma sayı: 108 Paylaş:

FutbolPress

“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Daçiya”nın kapitanı Semyon Bulqaru klubun rəsmi saytına müsahibə verib.
 
31 yaşlı müdafiəçi Gəncə təmsilçisi ilə görüş barədə sualları cavablandıırıb.
 
- Oyundan hansı nəticəni gözləyirsiniz?
- Kifayət qədər çətin olacaq. Səfərdə oynayacağıq. Rəqibimiz yaxşı komandadır. Favorit hesab edilirik. Ancaq bu, düzgün deyil. Bunu deyənlər yanılırlar. “Kəpəz” yetərincə güclü komandadır. Onların minlərlə azarkeşi ən çətin anlarda komandaya kömək edirlər.
 
- Bakıdan hansı nəticə ilə qayıtmaq istəyirisiniz?
- Bura sərfəli nəticə üçün gəlmişik. Sərfəli nəticə isə qələbədir. Cavab qarşılaşmasını da düşünməliyik. İki oyunun nəticəsinə görə mərhələni keçməyə çalışırıq. 
 
- Hansı komanda matçın favoritidir?
- Cavab vermək çətindir. Rəqibin oyunlarının videosuna baxmışıq. Onlarla üz-üzə gələndə onun gücünü daha yaxşı bilirsən. Şanslar 55-in 45-ə onların tərəfindədir. Çünki oyun rəqib meydançasında olacaq.


oxunma sayı: 108 | Paylaş:




?>