')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Samtredia" hazırlıqlarına başladı

"Qəbələ" "Samtredia" hazırlıqlarına başladı


oxunma sayı: 128 Paylaş:

FutbolPress

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. 
 
Klubun rəsmi saytının məlumatına, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb. 
 
Məşqlərinə ara verməyən Roman Qriqorçukun komandası günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.
 
“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu iyunun 30-da “Bakcell Arena”da keçirəcək. Komanda Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. 


oxunma sayı: 128 | Paylaş:




?>