')

Bu gün:


FutbolPress.Az | Rəşad Abdullayev: "Bu yaşda xarici klubda çıxış etməyim real görünmür" (MÜSAHİBƏ)

Rəşad Abdullayev: "Bu yaşda xarici klubda çıxış etməyim real görünmür" (MÜSAHİBƏ)


oxunma sayı: 604 Paylaş:

FutbolPress

"Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Rəşad Abdullayevlə komandadan getmə səbəbi və gələcək karyerası barədə söhbətləşdik.
 
"Mənə deyilənə görə, "Zirə"də strategiya dəyişikliyi olacaq. Bu mövsüm gənc futbolçulara daha çox şans vermək istədiklərini bildirdilər"
 
- Hansısa komanda ilə danışıqlar aparırsanmı?
- Xeyr. Hələlik heç bir komanda mənimlə maraqlanmır. "Zirə"dən ayrılandan sonra ancaq istirahət edirəm.
 
- Qəsəbə təmsilçisindən ayrılmağına səbəb nə oldu?
- Klub rəhbərliyi ilə münasibətlərim həmişə yaxşı olub. Komanda qurulandan oradayam. Sözün açığı, "Zirə"dən getmək haqda düşünməmişdim. Son turlarda rəhbərliklə danışıb qarşılıqlı razılaşma əsasında ayrıldım. Mənə deyilənə görə, "Zirə"də strategiya dəyişikliyi olacaq. Bu mövsüm gənc futbolçulara daha çox şans vermək istədiklərini bildirdilər. 
 
- I Divizion klublarından təklif gəlsə, qəbul edəcəksənmi?
- Yox. Çünki mən həmişə Premyer Liqada çıxış etmişəm. Hər zaman da yüksək səviyyəli oyun nümayiş etdirmişəm. Düşünürdüm ki, çempionatda komanda sayı artar və mən də təzə yaranan onlardan birinə keçərəm. 
 
- Premyer Liqa klublarında təklif gəlməsə, özünü ölkə xaricində sınayacaqsanmı?
- Bu yaşda xarici klublarda çıxış etməyim real görünmür. Gənc futbolçular bu istiqamətdə hərəkət etsələr, daha doğru olar. Onlar ölkə xaricində özlərini məndən yaxşı göstərə bilərlər. Mən istəyirdim ki, daxili çempionatda çıxış edən klublardan birinə keçəm. Hələlik bir xəbər yoxdur. Əgər maraqlanan olmasa, karyeramı bitirəcəm.

İLKİN


oxunma sayı: 604 | Paylaş:




?>