FutbolPress.Az | Dünya Çempionatının son günündə 1 qızıl, 2 bürünc
Dünya Çempionatının son günündə 1 qızıl, 2 bürünc
oxunma sayı: 178 Paylaş:
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatının son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Azərbaycanlı idmançılar son yarış gününü 1 qızıl, 2 bürünc medal qazanmaqla başa vurdular.
55 kq-da mübarizə aparan Mahir Əmiraslanov ilk görüşdə Rusiya idmançısına məğlub olsa da rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn güləşçi bürünc medal uğrunda görüşə haqq qazanıb.
Həlledici görüşdə o rəqibi Makedoniya idmançısını 10:0 məğlub edərək bürünc medal qazanıb.
84 kq çəkidə təmsilçimiz Hacımurad Məhəmmədsəidov ilk görüşdə İspaniya, ardınca Ermənistandan olan rəqiblərini vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Yarımfinalda Türkiyə idmançısına da vaxtından əvvəl qalib gələn azərbaycanlı güləşçi finala yüksəlib. Son görüşdə onun rəqibi Rusiya təmsilçisi oub. 3:2 hesabı ilə qalib gələn Hacımurad qızıl medala sahib çıxdı.
120 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev ilk görüşdə Ukraynadan olan rəqibini üstələsə də Rusiya təmsilçisi ilə görüşü məğlub başa vurub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə güləşçi Yunanıstan idmançısı ilə qarşılaşıb. Tam üstünlüklə qazanılan qələbə idmançıya bürünc medal uğrunda görüşə haqq qazandırıb. Alixmoyev almaniyalını 9:0 məğlub edib bürünc medala sahib oldu.