')

Bu gün:


FutbolPress.Az | Onlar futbolçu olmasaydı...

Onlar futbolçu olmasaydı...


oxunma sayı: 288 Paylaş:

FutbolPressXorvatiyada 14 yaşından sonra gənclər peşə məktəblərində təhsil almağa başlayırlar. Onlar bu mərkəzlərdə öz seçdikləri, arzuladıqları sənətin dərinliklərini öyrənirlər.

UEFA-nın rəsmi saytı Avropa Çempionatının D qrupunu lider kimi başa vuran Xorvatiya millisinin futbolçularının əsl sənətlərini öyrənib.

Luka Modriç - Ofisiant/Bar sahibi
Futbolçu olmasaydı  Modriç ya ofisiant işləyər, ya da dəniz sahilində kiçik bir bar işlədərdi. Çorluka, Kaliniç və Çop da onunla onunla eyni məktəbdə təhsil alıblar. İndi o, tanrıya futbolçu olduğu üçün təşəkkür edir.

Manzukiç - Dulusçu
"Yuventus"un hücumçusu evlərinin yaxınlığında yerləşən keramika məktəbində təhsil alıb. Futbolçu kimi parlamasaydı, hazırda Sloveniya sərhəddində yerləşən qəsəbələrin birində bardaq və piltə hazırlayırdı.

İvan Rakitiç - İnşaatçı
O, sarışın və axan saçı ilə bu iş üçün uyğunsuz biridir. Lakin İsveçrədə doğulan Rakitiç İnşaat mühəndisliyi fakültəsini bitirib.

Dario Srna - Elektrik
Kapitan tel kəsməyi, gərək ki, asma etməkdən daha yaxşı bilsin. Srna doğma şəhəri Metkoviçdə elektro-texniki məktəbdə oxuyub.

Şime Vrsaliko - Yük maşının sürücüsü
 Əsas peşəsi yük maşını sürücüsü olan Vrsaliko gənc yaşlarında başqa bir yol seçərək futbolçu olub. İndi "Sassuolo"da çıxış edən müdafiəçi "Atletiko" və ya "Napoli" arasında seçim etməlidir.

Ante Çaçiç - Biznesmen
Baş məşqçi hazırda da bu işlə məşğuldur. O, 1980-ci ildən Zaqrebin mərkəzində televizor və radio təmiri mərkəzi işlədir. Çaçiç baş məşqçilik karyerası kimi öz işində də uğur əldə etməyi bacarıb.


oxunma sayı: 288 | Paylaş:




?>