')

Bu gün:


FutbolPress.Az | Nə oldu sonra... 

Nə oldu sonra... 


oxunma sayı: 2272 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Bir ara Azərbaycan Futbolunun İnkişafına dair Dövlət Proqramı qəbul olundu, proqramın icra müddəti bitdi, nə oldu sonra...

Bir ara Azərbaycan yığmasına bəh-bəhlə gətirilən Berti Foqts üçün "İldırımlı yollarla" adlı film çəkildi, filmdə Vaqif Sadıqov, Rail Məlikov və s. bu qəbildən olan nəfərlər onun ölkə futbolunu işıqlı gələcəyə qovuşduracağını dedilər, nə oldu sonra...

Bir ara “Xəzər Lənkəran” vardı, “Qafqazın “Çelsi”si” idi, nə oldu sonra...

Bir ara azı 4-5 klub idman mətbuatına çox babat “reklam pulu” verirdi, nə oldu sonra...

Bir ara “Atletiko Madrid” bütün komanda ilə Bakıya gəlib, “Bakı”nın qonağı olurdu, prezidentlə görüş olmuşdu, nə oldu sonra...

Bir ara “Xəzər TV”də Emin Abbasovun aparıcılığı ilə “Futbol saatı”na çıxıb, istədiyimiz tonda, istədiyimiz mövzuda danışırdıq, müxtəlif qonaqlar çağırılırdı, hay-küy olurdu, qızğın müzakirələr gedirdi, nə oldu sonra...

I Divizionda debüt eləyən “Şərurspor” adında klubun  prezidentindən soruşmuşdular ki, bu klubun əsas məqsədi nə olacaq? Demişdi ki, biz Azərbaycan futbolunda çirkinlikləri məhv eləməyə gəldik! Nə oldu sonra...

Bir ara “Neftçi” Avropa Liqasının qrupuna çıxırdı, “Sağ olsun, Sadıq müəllim” şüarı dəbdə idi, nə oldu sonra...

Bir ara Azərbaycan futbolunda vahabiliyin yayıldığı qalaq-qalaq yazılırdı, nə oldu sonra...

“Xəzər Lənkəran” rəhbərliyinin son və sərt və qəti açıqlaması bu idi ki, klubun heç bir borcu yoxdur və büdcəmiz var, nə oldu sonra...

Bir ara Azərbaycan neft pulları hesabına "qoltuğunu qarpızlandırmışdı", klubların illik büdcəsi 10-20 milyonlarla olurdu, dəbdəbəli tədbirlər keçirilirdi, təlim-məşq toplanışı üçün ən aşağı halda Türkiyə seçilirdi, komandaların baş məşqçisi Benjamin Toşak, Vlastimil Petrjela, Mirça Rednik, Toni Adams, olurdu, namizədlər isə daha ulduz adlar olurdu, çempionatda Oqtay Dərəlioğlu, Emil Empenza, Makovski qardaşları, Verpakovskis kimi ulduzlar oynayırdı, Mahmud, Emin, Zaur kimi oyunçulara 500-600-800 min dollarlıq müqavilələr təklif olunurdu, çempion komanda günlərlə yemək-içmək məclisləri qururdu, əşşi - NƏ OLACAQ SONRA...


Yazarın bütün yazıları

oxunma sayı: 2272 | Paylaş:




?>