')

Bu gün:


FutbolPress.Az | Final matçına cəzalar

Final matçına cəzalar


oxunma sayı: 191 Paylaş:

AFFA İntizam Komitəsi Azərbaycan kubokunun finalında keçirilən “Qarabağ” – “Neftçi” oyununa hüquqi qiymət verib.

Oyunun 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun  futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.


oxunma sayı: 191 | Paylaş:





?>