')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın Çempionlar Liqasında bütün rəqibləri məlumdur 

"Qarabağ"ın Çempionlar Liqasında bütün rəqibləri məlumdur 


oxunma sayı: 830 Paylaş:

FutbolPressBu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri məlum oldu.

Səpələnmişlər arasında yer alan "atlılar" 20 mümkün rəqiblə qarşılaşa bilər. Bu sırada 12 klub və 5 cütlük yer alıb.   UEFA qaydalarına əsasən, Ermənistan çempionunun yer aldığı cüt təmsilçimizlə qarşılaşa bilməz.

Beləliklə,  təsnifat mərhələsini adlayan 8 və II təsnifat mərhələsindən birbaşa mübarizəyə qoşulacaq 12 komandadan biri çempionumuzun rəqibi olacaq.

Püşkatma mərasimi iyunun 20-də İsveçrəniin Nyon şəhərində keçiriləcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi


Səpələnmişlər: TNS (Uels), "Flora” (Estoniya), "Valletta” (Malta), "Santa Koloma” (Andorra), "Torşavn” (Farer adaları)

Səpələnməmişlər: "Linkoln” (Cəbəllütariq), "Alaşkert” (Ermənistan), "Lyepaya” (Latviya), "Feronikeli” (Kosovo), "Tre-Penne” (San-Marino)

2-ci təsnifat mərhələsi

Səpələnmişlər: "Qarabağ” (Azərbaycan), "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Legiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan),"Kopenhagen” (Danimarka),"Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyordur” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif” (Moldova)

Səpələnməmişlər:  "Vardar” (Makedoniya), "Norçepinq” (İsveç), "Dandalk” (İrlandiya), SJK (Finlandiya), "Kruzaders” (Şimali İrlandiya), "Olimpiya” (Sloveniya), "Düdelanj” (Lüksemburq), "Ferensfaroş” (Macarıstan), "Jrinski” (Bosniya və Herseqovina), "Mladost” (Monteneqro), "Jalgiris” (Litva), "Hapoel” (Beyer-Şeva, İsrail) və  1-ci təsnifat mərhələsinin 5 qalibi.


oxunma sayı: 830 | Paylaş:




?>