')

Bu gün:


FutbolPress.Az | Ramin Musayevdən yenilik! (KİÇİK QEYD)

Ramin Musayevdən yenilik! (KİÇİK QEYD)


oxunma sayı: 1011 Paylaş:

FutbolPressDünən gecə efirə gedən "Futbol saatı" verilişində qonaq olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müxtəlif mövzulardan ibarət sualları cavablandırmışdır. Bu minvalla ona "Azərbaycan kubokunun finalının təşkilatçılığı, sizcə, necə idi?" mövzusunda suala belə bir cavab vermişdir: "Fikrimcə, qənaətbəxşedicidir".

O, cümləyə nöqtə qoyandan sonra bığaltı xəfif gülüş də nümayiş etdirmişdir. Bu gülüşü hansı məqsədlə icra etdiyi barədə ən müxtəlif mülahizələr yürütmək mümkündür, ancaq əmin deyilik ki, əsas məğzə yaxınlaşa bilək...

İstənilən halda, məsələ budur ki, QƏNAƏTBƏXŞEDİCİDİR adlı söz leksikonumuzu zənginləşdirdi. 

Musayev verilişboyu əlavə olaraq, onu da vurğulamışdır ki, "hakim də insandır, səhv eləyə bilər". Ay nə pakizə!

Ümumiyyətlə, verilişboyu Ramin müəllim bu və digər istiqamətlərdə müxtəlif yeniliklər etmişdir. Bizi diqqətdə saxlayın, son məlumatları çatdıracağıq.

Elçin Cəlilov


oxunma sayı: 1011 | Paylaş:




?>