')

Bu gün:


FutbolPress.Az | Çempionlar Liqasında fərqlənən 18 futbolçu (SİYAHI)

Çempionlar Liqasında fərqlənən 18 futbolçu (SİYAHI)


oxunma sayı: 269 Paylaş:

FutbolPressUEFA Çempionlar Liqasında 2015-16 mövsümünün simvolik komandasını müəyyənləşdirib.

Qurumun rəsmi saytında verilən məlumata görə, təcrübəli mütəxəssislərdən ibarət texniki heyət 18 oyunçunun adını müəyyənləşdirib.
 
Aleks Ferqyuson, Tomas Şaaf, Savo Miloşeviç, Devid Moyes və Mirça Luçesku kimi məşqçilərin də yer aldığı komanda finala qədər irəliləyən “Real” və “Atletiko”nun hərəsinin 6 üzvünü fərqləndirib.
 
18 nəfərlik heyət:
Qapıçılar: Yan Oblak (“Atletiko”), Manuel Noyer (“Bavariya”)

Müdafiəçilər: Dieqo Qodin, Xuanfran (hər ikisi “Atletiko”), Tiaqo Silva (PSJ), Serxio Ramos, Marselo (hər ikisi “Real”)

Yarımmüdafiəçilər: Qabi, Koke (hər ikisi “Atletiko”), Andres İnyesta (“Barselona”), Toni Kroos, Luka Modriç (hər ikisi “Real”)

Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Luis Suares, Lionel Messi (hər ikisi “Barselona”), Robert Levandovski (“Bavariya”), Kriştianu Ronaldo, Qaret Beyl (hər ikisi “Real”).


oxunma sayı: 269 | Paylaş:




?>