')

Bu gün:


FutbolPress.Az | Makedoniyalı baş məşqçi: "Azərbaycan millisi mən oynayan dövrdə daha güclü təsir bağışlayırdı"

Makedoniyalı baş məşqçi: "Azərbaycan millisi mən oynayan dövrdə daha güclü təsir bağışlayırdı"


oxunma sayı: 400 Paylaş:

FutbolPress“Azərbaycanla qarşılaşma bizim üçün çox önəmli idi. Çünki son oyunlardakı nəticələrimiz yaxşı deyildi. Bu qələbədən sonra FİFA reytinqində irəliləyəcəyik”.
 
Bu sözləri Makedoniya millisinin məşqçisi Argent Bekiri deyib.
 
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ikinci yoxlama görüşündə Makedoniya ilə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə düçar olub.
 
Bir vaxtlar Makedoniya yığmasının şərəfini qorumuş 41 yaşlı mütəxəssis Prosineçkinin yetirmələrinin oyunu ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan millisi mən oynayan dövrdə daha güclü təsir bağışlayırdı. Bu görüşdə isə komandanız ikinci hissədə inamlı çıxış etdi”.
 
Bekiri “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin milliyə dəvət almamasına da münasibət bildirib:
 
“Muarem əvvəllər Makedoniya millisinə çağırıldı. Son vaxtlar bir qədər oyun praktikasından əziyyət çəkdi. Ancaq yenə onun milli komandada yeri var. Yaxşı çıxış etsə, yenidən dəvət alacaq”.

Apasport.Az



oxunma sayı: 400 | Paylaş:




?>