')

Bu gün:


FutbolPress.Az | Aleks: "Türkiyədə oynamağım Braziliya millisinə çağrılmamağıma səbəb deyildi"

Aleks: "Türkiyədə oynamağım Braziliya millisinə çağrılmamağıma səbəb deyildi"


oxunma sayı: 424 Paylaş:

FutbolPress“Fənərbağça”nın əfsanəvi futbolçusu Aleks de Souza Braziliya millisinin daima çağırılmamasının səbəbini açıqlayıb.
 
Ölkə mətbuatına açıqlama verən sambaçı haqsızlıqla qarşılaşmadığını, sadəcə baş məşqçilərin seçimin belə olduğunu deyib:
 
“İki dəfə Kopa Amerika turnirini qazandım. Konfederasiyalar kubokunda oynadım. Hər bir baş məşqçi bəyəndiyi oyunçuları seçər. Mənə qarşı haqsızlıq edildiyini düşünmürəm. Milli komandada oynamaq üçün bir çox şansım oldu. “Fənərbağça”ya gəlmədən öncə milliyə çağrılırdım. Məşqçilər mənim kim olduğumu bilirdilər. Komandamla da bir çox uğurlar qazanmışdım. Türkiyədə oynamağım Braziliya millisinə çağrılmamağıma səbəb deyildi”.


oxunma sayı: 424 | Paylaş:




?>