')

Bu gün:


FutbolPress.Az | Rizvan Fərzəliyev: "Heç də asan qrupa düşməmişik" (MÜSAHİBƏ)

Rizvan Fərzəliyev: "Heç də asan qrupa düşməmişik" (MÜSAHİBƏ)


oxunma sayı: 640 Paylaş:

FutbolPressFutzal üzrə Azərbaycan  millisinin kapitanı Rizvan Fərzəliyevlə yığmamızdakı məşqçi və heyət dəyişiklikləri barədə söhbətləşdik.

“Əsas məqsədimiz ilk 2 pillədə qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazanmaq olacaq”

-  Milli komanda braziliyalı mütəxəssisə həvalə olundu…
-  Miltinyo yaxşı və təcrübəli mütəxəsisdir. Ümid edirəm ki, onun gəlişi komandamıza xeyir verəcək. Müxtəlif turnirlərdə bir sıra naliyyətləri var. Rəhbərlik bu seçimi edibsə, demək ki, buna layiq mütəxəssisdir. Ümid edirəm ki, keçmiş baş məşqçilərimiz kimi, onunla da uğur qazanacağıq.
 
-  Səncə, yeni məqşçi heyətdə hansı dəyişiklər edəcək?
-  Bunu indi demək çətindir. Düşünürəm ki, əsas planı Dünya Çempionatına vəsiqə qazanan heyəti qorumaq olacaq. Ən azı, 2-3 yeni futzalçı da əlavə oluna bilər. Lakin hansı taktiki gedişlərdən istifadə edəcək, bunu deyə bilmərəm.
 
- Sentyabrda Kolumbiyada keçiriləcək Dünya çempionatında qrupumuzda yer alan rəqiblər haqda nə deyə bilərsən?
- Qrupumuzda İspaniya, İran və Mərakeş yığmaları yer alır. İspanlar Avropa və dünyanın ən güclü komandalarından biridir. İran yığması isə Asiyanın ən yaxşısıdır. Mərakeş də Afrikada rəqib tanımır. Buradan görsənir ki, heç də asan qrupa düşməmişik. Əsas məqsədimiz ilk 2 pillədə qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazanmaq olacaq. Bunu bacarmasaq da, heç olmasa, 1 qələbə qazanıb ən yaxşı 3-cü kimi növbəti mərhələyə vəsiqə qazanmalıyıq.
 
- Qrupdan çıxa bilməməyiniz uğursuzluq sayılaqcaq, yoxsa…
- Təbbi ki, uğursuzluq sayılacaq. Yeni baş məşqçi də bunu bilərək komandaya gəlib. Düşünürəm ki, rəhbərlik ondan minimum vəzifə kimi qrup mərhələsini keçməyi tələb edib. Hələ vaxtımız var. Braziliyalı mütəxəssislə xeyli məşqlər keçib onun taktiki gedişlərinə, məşq tərzlərinə adaptasiya olacağıq. 

Futbolpress.Az


oxunma sayı: 640 | Paylaş:




?>