Kosova ilk rəsmi matçına çıxır, serblər CAS-a gedir
Paylaş:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən UEFA-nın 40-cı konqresində Kosovanın bu quruma üzv qəbul edilməsi barədə məlumat vermişdik.
Kosova yığması UEFA-nın bayrağı altında keçirəcəyi ilk oyunun vaxtı bəlli olub. Milli iyunun 3-də Farer adaları ilə yoldaşlıq oyununda qarşılaşacaq. Matç Almaniyanın Frankfurt şəhərində reallaşacaq. Bu barədə məlumatı Farer adaları Futbol Federasiyasının saytı yayıb.
Serbiya Kosovanın UEFA-ya üzv seçilməsinə kəskin etiraz edib. Serblər UEFA-dan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəklərini bildiriblər.
| Paylaş: