Serbiya çempionu bəlli oldu (VİDEO)
Paylaş:
Serbiya Super Liqasında çempion bəlli olub.
"Srvena Zvezda" son üç tur qalmış ölkə çempionatının qızıl medallarına yiyələnib.
Super Liqanın 34-cü turunda səfərdə "Vojdovats"a 1:0 hesabı ilə qalib gələn "Srvena Zvezda" turnir cədvəlində ən yaxın izləyicisi "Çukariçki"ni 9 xal qabaqlayıb.
"Çukariçki" son üç turda qələbə qazanmaqla "Srvena Zvezda" ilə xallarını bərabərləşdirə bilər. Lakin Miodraq Bojoviçin komandası əlavə göstəricilərdə rəqibi üstələdiyi üçün "Srvena Zvezda" növbəti turun nəticələrindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirib.
Bu, "Srvena Zvezda"nın tarixində 27-ci çempionluğudur.
| Paylaş: