')

Bu gün:


FutbolPress.Az | “Tour d’Azerbaidjan-2016” başladı

“Tour d’Azerbaidjan-2016” başladı


oxunma sayı: 144 Paylaş:

FutbolPressBu gün “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
 
Turda 19 ölkədən 21 komandanın iştirakı edəcək ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.


oxunma sayı: 144 | Paylaş:




?>